Əli Əliyevin cəza müddəti artırıldı

Əli Əliyevin cəza müddəti artırıldı

Hazırda oxunan: Əli Əliyevin cəza müddəti artırıldı

80617

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəza müddəti artırılıb. 

Bizim.Media  xəbər verir ki, onun barəsində Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi Rayon Təşkilatının keçmiş sədr əvəzi Ramiz Göyüşov tərəfindən verilmiş xüsusi ittiham qaydasında çikayətə Yasamal Rayon Məhkəməsində baxılıb. 

Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Şikayət təmin olunub və Ə.Əliyevə 6 ay həbs cəzası verilib.
 

 MÖVZU İLƏ BAĞLI:

VİP sədri barəsində şikayət üzrə icraat dayandırıldı


Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və o, ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. 

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub.

Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib. 

Eldar Məmmədli, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO