SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti, sayca 91-ci "Açıq mikrofon" aksiyası Ağstafa rayonunun Köçəsgər kəndində baş tutub.
Bizim.Media xəbər verir ki, Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Əkrəm Əkbərli, Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Elman Qəmbərov və Birliyin digər məsul şəxsləri sözü gedən ünvana gələrək vətəndaşların qaz təsərrüfatına dair problem və təkliflərini dinləyiblər.
Kənd sakinləri Köçəsgər kəndinin təbii qazla təmin olunduğunu, lakin kəndin genişlənən ərazisində (yeni yaşayış massivində) mavi yanacaq olmadığını bildirərək üzləşdikləri çətinliklərdən söz açıblar.
Daxil olan bütün müraciətlər qeydiyyata alınıb, vətəndaşlara lazımi izahatlar verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:17 / 22.06.2022
\"Açıq mikrofon\" bu dəfə Ağstafada quruldu - FOTO
Hazırda oxunan: \"Açıq mikrofon\" bu dəfə Ağstafada quruldu - FOTO
Hazırda oxunan: \"Açıq mikrofon\" bu dəfə Ağstafada quruldu - FOTO
80357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.