Marketlərdəki ŞOK OLAYLAR - İstehlakçılar Birliyinin sədri də aldadıldığını etiraf etdi

Marketlərdəki ŞOK OLAYLAR - İstehlakçılar Birliyinin sədri də aldadıldığını etiraf etdi

Hazırda oxunan: Marketlərdəki ŞOK OLAYLAR - İstehlakçılar Birliyinin sədri də aldadıldığını etiraf etdi

80258

Böyük market və satış mərkəzlərində endirim kampaniyaları dövrümüz üçün təzə söhbət deyil. Son zamanlar qida məhsulları üçün də tətbiq olunan bu proses xeyli qüsurlarla özünü biruzə verib. İctimaiyyət arasında narazı fikirlər formalaşsa da hər dəfə eyni hadisə ilə rastlaşırıq. Alıcı aldadılır, məhsul ya vaxtı keçmiş olur, ya da endirilən qiymətlər kassa aparatlarında nəzrə alınmır.

Məsələyə münasibət bildirən Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya müsahibəsində deyib ki, dediyiniz nüanslar marketologiya elminin tərkib hissəsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Marketlərdəki saxta pendirlərə nə qatırlar?


“Alıcı cəlb etmək üçün fəndlər ayrıca bir fənn kimi xüsusi tədris mərkəzlərində tədris olunur, tələbələrə "sirr"ləri öyrədilir. Dünyada belə, bu praktika var. Məsələn, insanları aldadan "Qara Cümə". Bütün bunların kökündə yalnız bir məqsəd və niyyət - müştərilən aldadılması dayanır".

Eyyub Hüseynov qeyd edib ki, satışın avtomatlaşdırılması, barkodların oxunması və.s kimi, yeni texnologiyalar tətbiq olunduqca, burada müştərilərin aldanılması da pərdələnir. O, özünün də dəfələrlə aldadıldığını bildirib:

"Mən bu sahədə 26 ildir araşdırma edirəm, hərdən özüm də aldanıram. Nizami küçəsində yerləşən "Grand" marketdən alış-veriş zamanı təxminən 80 manat məbləğində aldadılmışam. Kartla ödəniş etdiyimdən nəzər yetirməməm aldanılmağıma səbəb olub. 8 manatlıq alışa 68 manat ödətdirmişdilər".

Eyyub Hüseynov vurğulayır ki, müştərilər bu xüsuslarda çox diqqətli olmalıdırlar:

"Bir neçə gün sonra elə həmin marketdən alış zamanı daha bir aldanılmaya məruz qaldım. Aldığım qabıqlı qoz məhsulunu qoz ləpəsi kimi qəbzə vurublar. Mənim kimi ayıq adam aldanılırsa, görün, sadə müştərilər nə dərəcədə belə kələklərə məruz qalırlar?
İstehlakçılar ümumilikdə, bir ildə 250 milyon manat miqdarında bu "oyun"un qurbanı olurlar".

Hüquq müdafiəçisi belə halların baş verməsini istehlakçının hüququnu bilməməsi və onların hüququnu qoruyan dövlət qurumlarının məsələyə məsuliyyətsiz yanaşması ilə də əlaqələndirib.

İmamət İsmayilova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO