DİM-dən ümumtəhsil müəssisələrinə MÜRACİƏT

DİM-dən ümumtəhsil müəssisələrinə MÜRACİƏT

Hazırda oxunan: DİM-dən ümumtəhsil müəssisələrinə MÜRACİƏT

80151

İyunun 14-də ümumtəhsil müəssisələrində tədris ilinin başa çatması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI sinif məzunlarının yekun attestasiyasının aparılması prosesinə başlanılıb.

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən “Şagird-məzun” sistemində elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Yekun attestasiyanın aparılması üçün ümumtəhsil müəssisələri məzunlarının illik qiymətləri məktəb əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir.

Ümumtəhsil müəssisələrindən xahiş olunur ki, illik qiymətləri yazılmayan və yaxud təsdiq edilməyən məzunların müvafiq məlumatlarının sistemə daxil edilərək təsdiq edilməsini qısa müddət ərzində təmin etməlidilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO