Dövlət qulluğu üzrə imtahanlar keçirildi

Dövlət qulluğu üzrə imtahanlar keçirildi

Hazırda oxunan: Dövlət qulluğu üzrə imtahanlar keçirildi

79957

İyunun 19-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

DİM-dən Bizim.Media-ya bildirilib ki, AC və BA vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kompüter vasitəsilə keçirilib.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 61 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 1 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 16 nəfər, BA4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 45 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası iyunun 20-22-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

Kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri isə yaxın 2 gün ərzində elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO