Tərtərdə şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi - FOTO

Tərtərdə şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi - FOTO

Hazırda oxunan: Tərtərdə şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi - FOTO

79722

Tərtər rayon Mərkəzi Xəstəxanasında Şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Tibb işçilərinin peşə bayramı günündə Tərtər rayon Mərkəzi Xəstəxanasının həyətində Şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.  

Rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələrinin və müharibə əlillərinin iştirak etdiyi tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.  

Mərasimdə çıxış edənlər 44 günlük Vətən Müharibəsi zamanı Tərtər xəstəxanalarının yüksək fədakarlıqlarını diqqətə çatdırıb. Həmçinin, tibb işçilərinin peşə bayramı təbrik edilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO