Firudin Ağasıoğlu:  “Türkün xristian keçmişini öyrənmədən tariximizi öyrənə bilmərik”x9d

Firudin Ağasıoğlu: “Türkün xristian keçmişini öyrənmədən tariximizi öyrənə bilmərik”x9d

Hazırda oxunan: Firudin Ağasıoğlu: “Türkün xristian keçmişini öyrənmədən tariximizi öyrənə bilmərik”x9d

79225
Moderator.az xəbər verir ki,  keçmiş təhsil naziri Firidun Cəlilov Apa Tv-nin Manşet verilişinin qonağı olub. 
Veriliş zamanı o "Türkün xristian keçmişi"  mövzusunda söhbət edib. 
 

"Səmavi dinlərin kökü İbrahim peyğəmbərə gedib çıxır, ilk dəfə tək tanrılıq inancını bu torpaqlarda, bir az da güneydə yayan o adam olub"

"İslam qaynaqları görülən ayinlərinin hamısını  İbrahim peyğəmbərə bağlayır, onu işləri kimi  verirlər. İbrahim peyğəmbərin adı Quranda çox gedir və bizim peyğəmbərimiz onu çox hörmətlə yad edir və deyir ki biz onun dinindənik"

"Quranda da bir çox peyğəmbərlərin adı çəkilir, amma yeganə İbrahimin adıdır ki, İbrahim Xəlilullah, yəni allahın dostu deyilir, həm də orada deyir ki, İbrahim yeganə peyğəmbərdir ki, onun özü ayrılıqda bir millətdir"

"Biz səmavi dinləri çox rahat qəbul eləmişik, islamı qəbul edən türklərin yanında ərəblər yalan oldu. İslamı bunlar yaydı  və qoruyub saxladılar, bu mənada xristianlıqdan islama çox rahat keçdilər"

"Türk dili ailəsində olan  xalqların  hamısına deyə bilmərik ki islamdır, çoxu islam olsa da, ayrı dində olanlar da var"

"Xristianlığın konkret olaraq türklər arasında  yayılma tarixi var, həm də iki istiqamətdən yayılıb, biri yunan, biri aramey xətti olub"

"Anadoluda yaşayan türklər xristianlığı qəbul etdilər, amma o dövrdə Suriyadan Ərmən deyilən bölgəyə köçüb gələn haylar qəbul etmədilər"

"Xristianlığın hansı yollarla Azərbaycana gəlib çıxması da bəllidir, demək olmaz ki xristianlığı Avropaya hunlar gətirdi"

"Sözün özünün tutumu, anlamı var ki, onu düz bilməliyik, müsəlman, xristian termini bəllidir. Bir də var o dinlərə tapınan insanlara verilən adlar.  Bir var onların öz ekotermini, yəni çevrənin verdiyi ad, bir də var özünün özünü adlandırması".

"Bu gün erməni kimi tanınan millətin adi erməni deyil, etnoqrafik söz kimi erməni, kürd tat var, yəni tatı, farsı olduğu kimi türkü də var. Erməninin də türkü, tatı, kürdü, hayı var"
 
"Avropa tarix keçir, görür ki, türkün şanlı tarixi var, türkün tarixi açılanda məlum olacaq ki dünyanın ən qədim tarixi türklərin tarixidir. Onda Avropa xalqları ilə türklərin yerini dəyişmək lazım olacaq"

"Hayla ermənin ayrı-ayrı ad daşıdığı məlum olub, indi də davam edir"
 
"Erməni sözünün xristian anlamda işlənməsini biz dərk etməliyik, əvvəllər ərmən türk
boyunun adı olub, ərmənlər yaşayan yerə Ərməniyyə deyiblər, haylar gəlib Ərməndə yaşadığı üçün qonşular da ekoetnonim kimi  onlara da ərmən deyiblər"

"Biz  türkün xristian keçmişini öyrənmədən tariximizi öyrənə bilmərik, bunlar da türkdür, sadəcə xristian qıpçaqlardır"

"Gerçək tarixi öyrənmək üçün bilməliyik ki, türklər bura gəlməyib, burdan gediblər"

"Lap qədimdən Azərbaycandan köçüb gedən Kuman bəyliyi var idi ki, 5-6 yüz il davam elədi, iki imperiya arasında özünü qoruyub saxlaya bildi"

"Bizdə xoşgörü qabarıqdır, bu, bəşəriyyətdə gözəl xüsusiyyətdir, amma
çox tolerantlıq da sərhədlər içində olmalıdır”x9d
 
"İslamı qəbul edən türklərin 99 faizi assimilyasiya olunmayıb, amma xristianlığı qəbul edənlərin 99 faizi isə assimilyasiya olub"

"Alban tariximiz türkoloq tərəfindən yazılmadığı üçün belə dolaşıqlar yaranıb”x9d.(apa.tv)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO