Bazar günü hava necə olacaq? - PROQNOZ

Bazar günü hava necə olacaq? - PROQNOZ

Hazırda oxunan: Bazar günü hava necə olacaq? - PROQNOZ

7917

Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə,mülayim cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO