Nazirlikdən qazi ilə bağlı açıqlama

Nazirlikdən qazi ilə bağlı açıqlama

Hazırda oxunan: Nazirlikdən qazi ilə bağlı açıqlama

7911

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsi iştirakçısı Xankişiyev Mirqəfər İlqar oğlu və ailəsi ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, qazinin istəyinə uyğun olaraq sağalandan sonra onun özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyat aparılıb.

Mirqəfərin qardaşı maşın ustası işləyir və avtoçilingər peşəsi üzrə xidmət sahəsini yaratmaq üçün o da özünüməşğulluq proqramına cəlb edilmək istəyib.

Onun da qeydiyyatı aparılıb və yaxın vaxtlarda hər ikisi üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılacaq.

Qazinin atası vəfat edib, anası əlilliyə görə pensiya alır. Mirqəfərin əlilliyi də qiymətləndiriləcək, əlillik təyin olunduğu halda aylıq sosial ödənişlərlə təmin olunacaq.

Saatlıda yaşayan ailə 9 nəfərdən (qazinin anası, özü, həyat yoldaşı və iki usağı, qardaşı, qardaşının həyat yoldaşı və iki usağı) ibarətdir.

Ailəyə gələcəkdə digər istiqamətlərdə də sosial dəstək verilməsi üçün işlər aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO