29 yaşlı oğlan çardaqdan yıxıldı

29 yaşlı oğlan çardaqdan yıxıldı

Hazırda oxunan: 29 yaşlı oğlan çardaqdan yıxıldı

78928

Sabirabadda işləyən Şirvan sakini çardaqdan yıxılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 29 yaşlı Əzizov Şamxal Alim oğlu sözügedən kənddə pambıqtəmizləmə məntəqəsində təmir işləri görərkən hündürlüyü 6 metr olan çardaqdan yıxılıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş. Əzizov rayon xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO