Şəmkirdə hamilə arvadını və 8 yaşlı qızını amansızlıqla qətlə yetirən kişi məhkəmə qarşısında

Şəmkirdə hamilə arvadını və 8 yaşlı qızını amansızlıqla qətlə yetirən kişi məhkəmə qarşısında

Hazırda oxunan: Şəmkirdə hamilə arvadını və 8 yaşlı qızını amansızlıqla qətlə yetirən kişi məhkəmə qarşısında

78723

Şəmkir rayonunda arvadı və qızını öldürməkdə təqsirləndirilən Elməddin Həsənovun məhkəməsi başlayır. 

Bizim.Media xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 24-nə təyin edilib. 

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 13-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, həmin gün təxminən saat 07 radələrində 1988-ci il təvəllüdlü E.Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadı, 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənovaya və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci, 120.2.8-ci və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb. 

E.Həsənov tutularaq istintaqa cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO