Bağçada uşağın saçının yolunmasına görə müdir və aşpaz cəzalandırıldı - VİDEO 

Bağçada uşağın saçının yolunmasına görə müdir və aşpaz cəzalandırıldı - VİDEO 

Hazırda oxunan: Bağçada uşağın saçının yolunmasına görə müdir və aşpaz cəzalandırıldı - VİDEO 

78434

Şamaxıda uşağa qarşı zorakılığa görə bağça müdiri və aşpaz cəzalandırılıb. 

Bizim.Media xəbər verir ki, Dağlıq Şirvan Regional Təhsil idarəsinin məlumatında bildirilir. 

Qeyd olunub ki, Şamaxı şəhər 3 saylı bağçada tərbiyəçinin uşağın saçının dartması ilə bağlı sosial mediada yayılan görüntüyə əsasən İdarə müvafiq araşdırma aparıb.

Report-un məlumatına görə, araşdırma zamanı bağça müdirinin, tərbiyəçinin, aşpazın və uşaq Gülarə Əsədovanın (ad və soyad şərti verilir) valideyninin izahatları alınıb: 

“İzahatlardan müəyyən edilib ki, çəkiliş bağçada uşaqlardan birinin ad gününün qeyd edilməsi zamanı baş verib.  

Tədbir zamanı aşpaz tortu otağa gətirib və bu zaman torta yaxınlaşan uşağın saçından arxaya doğru çəkib. Bağça müdiri aşpazın izahatını alıb və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib.  

Aşpaz hadisənin istəmədən baş verməsini bildirib və buna görə üzr istəyib.  

G.Əsədovanın valideyni izahatında heç kimdən, o cümlədən aşpazdan da şikayəti olmadığını bildirib. Bağçanın müdirinə əmək funksiyasını yerinə yetirərkən yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO