Sosial şəbəkələrdə bağçada azyaşlı uşağın saçından çəkilməsi ilə bağlı video ilə bağlı araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, həmin görüntülərin Şamaxı şəhər 3 saylı uşaq bağçasında ad günü tədbiri zamanı çəkildiyi məlum olub.
İddialara görə, uşağın saçından dartan həmin bağçanın aşpazı olub. O, ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından tutaraq dartıb.
Sevinc Balakişiyeva adlı şəxs törətdiyi əməlindən peşman olduğunu bildirib. (Xəzər Xəbər)
Daha ətraflı videodan izləyin:
Bizim.Media