“2020-ci il prokurorluq orqanları üçün uğurlu dövr olub”- Kamran Əliyev

“2020-ci il prokurorluq orqanları üçün uğurlu dövr olub”- Kamran Əliyev

Hazırda oxunan: “2020-ci il prokurorluq orqanları üçün uğurlu dövr olub”- Kamran Əliyev

7809

“Dövlətimizin əldə etdiyi hərbi-siyasi qələbə 2020-ci ildə dünyada ciddi sosial-iqtisadi sınağa çevrilmiş yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər fonunda əldə edilib”.

Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev  2020-ci ildə qurum tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində söyləyib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı 2020-ci ildə qurum tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində söyləyib.

Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kamran Əliyev pandemiyanın fəsadlarının minimuma endirildiyi, sosial cəhətdən həssas əhali qrupuna davamlı dəstəyin olduğunu xüsusi vurğulayıb.

Bu istiqamətdə Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətini yüksək qiymətləndirib.

Baş prokuror qeyd edib ki, pandemiyanın bütün dünyada, o cümlədən Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılıb, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılıb.

Ötən il Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəmərinin tam istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropa məkanına daxil olması ölkəmizin tarixi nailiyyətlərindən biri hesab edilməklə xalqımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcəyi diqqətə çatdırılıb.

Baş prokurorun sözlərinə görə , 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub.

Digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO