İş axtaranların nəzərinə: 300-ə yaxın vəzifə...

İş axtaranların nəzərinə: 300-ə yaxın vəzifə...

Hazırda oxunan: İş axtaranların nəzərinə: 300-ə yaxın vəzifə...

77950

21 aprel tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 52 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 292 (A növündə 10 vakant, B növündə 282 vakant) vəzifə müsahibəyə çıxarılıb.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2203 namizədlə 4214 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə müraciəti vəziyyəti, Sabirabad "ASAN xidmət" mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru aparıcı məsləhətçi (1 vakant yer üzrə 268 namizəd), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 208 namizəd) və İqtisadiyyat Nazirliyi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, Sənədlərlə iş və arxiv sektoru məsləhətçi (1 vakant yer üzrə 187 namizəd) üzrə yaranıb.

Müsahibələrin 2022-ci il iyunun 13-dən oktyabrın 14-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO