Gilas ağacından yıxılan qadın Bakıya gətirildi

Gilas ağacından yıxılan qadın Bakıya gətirildi

Hazırda oxunan: Gilas ağacından yıxılan qadın Bakıya gətirildi

77813

Zaqatalada gilas ağacından yıxılan qadın ağır xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qımır kəndində baş verib.

Zaqatala şəhər sakini, 1973-cü il təvəllüdlü Rəxşən Rəsul qızı Əsədova qızının yaşadığı evin həyətyanı sahəsində gilas yığan zaman ağacdan yıxılıb. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Əsədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO