Gəncədə zəncirvari qəzada 3 nəfər xəstəxanalıq oldu - FOTO

Gəncədə zəncirvari qəzada 3 nəfər xəstəxanalıq oldu - FOTO

Hazırda oxunan: Gəncədə zəncirvari qəzada 3 nəfər xəstəxanalıq oldu - FOTO

77752

Gəncədə xəsarətlə nəticələnən  zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil "VAZ-2106" və "Mitsubishi" markalı minik maşınları toqquşub. Qəza nəticəsində 1961-ci il təvəllüdlü Vaqif Abbasov, 1969-ci il təvəllüdlü İlhamə  Məhərrəmova və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO