DİN rəsmisi: “Narkotik satan şəxsi müdafiə edənlər onunla əlbir sayılır” - FOTO/VİDEO 

DİN rəsmisi: “Narkotik satan şəxsi müdafiə edənlər onunla əlbir sayılır” - FOTO/VİDEO 

Hazırda oxunan: DİN rəsmisi: “Narkotik satan şəxsi müdafiə edənlər onunla əlbir sayılır” - FOTO/VİDEO 

77687

May ayının 25-də Gəncə Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rasim Qasımov, Samiq Ağayev və ona narkotik maddəni satan Razi Alışov saxlanılması barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu tərəfindən informasiya yayılmışdı.

Bundan sonra bəzi internet resurslarda, sosial şəbəkələrdə guya Razi Alışovun siyasi baxışlarına görə şərlənərək həbs olunduğunu və bunun qərəzli şəkildə edildiyi barədə məlumatlar paylaşılıb.

Bu məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosuna açıqlama verən regional qrupun baş inspektoru Eşqin Qasımov baş verənlərlə bağlı açıqlama verərək DİN-nin təqdim etdiyi istintaq çəkilişində S. Ağayevdən R. Alışovun satdığı “metamfetamin”, R. Alışovdan isə S. Ağayevin verdiyi 25 manat pulun maddi sübut kimi götürlməsinin açıq-aydın göründüyünü vurğulayıb.

Qasımovun sözlərinə görə, bundan başqa istintaq hərəkəti zamanı saxlanılan şəxslər hüquq müdafiəçilərinin iştirakı  ilə sərbəst şəkildə ifadə verib və bu ifadələrində narkotik alqı-satqısını heç bir psixoloji və fiziki təsir olmadan təsdiq ediblər:
“Razi Alışova məxsus mobil telefona baxış keçirilən zaman ona narkotik maddənin Bakıdan göndərilməsi də müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə həmin şəxs - Vüqar Cəfərov Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Vüqar Cəfərov da hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə verdiyi ifadədə narkotik vasitəni onlayn yolla İran vətəndaşından aldığını və satmaq üçün Gəncə şəhərinə, yəni Razi Alışova göndərdiyini bildirib”. 

Baş inspektor onu da vurğulayıb ki, bütün bu sübutları inkar edərək bir narkotik satan şəxsi qınamaq əvəzinə onu müdafiə edənlər bilməlidir ki, kimliyindən və sosial mövqeyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir və narkotik satanı müdafiə etməklə ən azından mənəvi olaraq həmin şəxslə əlbir olmuş olurlar.  

Məqsəd Rəhimov, Bizim.Media, qərb bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO