Bakının bu küçələri təmir olundu – FOTO-VİDEO

Bakının bu küçələri təmir olundu – FOTO-VİDEO

Hazırda oxunan: Bakının bu küçələri təmir olundu – FOTO-VİDEO

77428

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 950 metr uzunluğa malik Əşrəf Yunusov və 600 metr uzunluğa malik Ruhulla Axundov küçələrinin əsaslı təmirini yekunlaşdırıb.

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, Ruhulla Axundov küçəsində 1630 kv.m, Əşrəf Yunusov küçəsində isə 710 kv.m piyada səkiləri yenilənib.

Küçələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Hazırda analoji təmir işləri qəsəbə üzrə Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də son mərhələdə icra edilir.

Bu ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonunda Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12,7 km olan küçə və yolların təmiri işləri aparılır.
Agentlik ötən il rayonun ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələri təmir edib.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO