Qubada sabiq bələdiyyə sədrinə cinayət işi açılıb

Qubada sabiq bələdiyyə sədrinə cinayət işi açılıb

Hazırda oxunan: Qubada sabiq bələdiyyə sədrinə cinayət işi açılıb

77337

2015-2019-cu illərdə Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyən Laləzər Heybətovanın qanunsuz əməlləri ilə bağlı aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Bu barədə Bizim.Media-ya Quba rayon prokurorluğundan məlumat verilib.  

Müəyyən edilib ki, L.Heybətova bələdiyyə sədri vəzifəsində işləyərkən qulluq mövqeyindən tamah niyyətilə istifadə edib.  

O, guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16 min 547 manat məbləğində maddi zərər vurub.
Toplanmış sübutlar əsasında L.Heybətovaya Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO