Yol polisindən sürücülərə vacib AÇIQLAMA 

Yol polisindən sürücülərə vacib AÇIQLAMA 

Hazırda oxunan: Yol polisindən sürücülərə vacib AÇIQLAMA 

77040

"Hərəkət iştirakçılarımızı səbrli, təmkinli olmağa çağırırıq”.

Bunu Bizim.Media-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisinin  əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli “Formula Azerbaijan Grand Prix 2022” yarışı ilə bağlı danışarkən qeyd edib.

O, formulanın dövlət əhəmiyyətli tədbir olduğunu nəzərə alaraq əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsi, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışına görə təşəkkür edib:

"Hazırda paytaxtın "Azneft" dairəsi, eləcə də Neftçilər prospekti boyunca qoyulan baryerlər bu istiqamətdə süni sıxlıq yaşatdığından cənubdan hərəkətdə olan nəqliyyatın istiqamətinin dəyişdirilməsinə səbəb olur. Ona görə də bu istiqamətə doğru hərəkət edən sürücülərdən xahiş edirik ki, Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla hərəkət etsinlər”. 

Xatırladaq ki, formula ilə bağlı paytaxtda hazırlıq dövrü keçirilir. Tədbir keçiriləcək marşrut üzrə yollarda hərəkət istiqamətində zolaqların azalması, baryerlərin qoyulması süni sıxlıqların yaranmasına səbəb olur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO