Salyan sakini qıcolmadan su kanalına düşərək ölüb.
Bizim.Media-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Şorsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şorsulu ərazi vahidliyinə daxil olan Boranıkənd kənd sakini, 1975-ci il təvəllüdlü, II qrup əlil Sarxanov Rafət Əvəz oğlu bu gün səhər saatlarında qoyunları örüşdə otararkən anidən qıc olub. Nəticədə yaxınlıqdakı su kanalına düşərək boğulub.
Məlumata görə, R. Sarxanov uzun illərdir ki, qıcolma xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, iyunun 4-də mərhumun qızının toyu olacaqdı.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:22 / 31.05.2022
Qızının toyuna 4 gün qalmış öldü - Salyanda BƏDBƏXT HADİSƏ
Hazırda oxunan: Qızının toyuna 4 gün qalmış öldü - Salyanda BƏDBƏXT HADİSƏ
Hazırda oxunan: Qızının toyuna 4 gün qalmış öldü - Salyanda BƏDBƏXT HADİSƏ
76935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.