DİN-dən Şuşaya səfər adı ilə müəllimləri aldadan turizm şirkətinin rəhbəri barədə ARAŞDIRMA 

DİN-dən Şuşaya səfər adı ilə müəllimləri aldadan turizm şirkətinin rəhbəri barədə ARAŞDIRMA 

Hazırda oxunan: DİN-dən Şuşaya səfər adı ilə müəllimləri aldadan turizm şirkətinin rəhbəri barədə ARAŞDIRMA 

76837

Daxili İşlər Nazirliyi (DİN) Şuşaya səfər adı ilə bir qrup müəllimin aldadılması ilə bağlı məsələyə münasibət bildirib. 

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib. 

"Hazırda müraciət üzrə araşdırma aparılır", - deyə qurum rəsmisi qeyd edib. 

Qeyd edək ki, Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllimin aldadılması barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumat yayılıb. 

İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu Şuşa 1 saylı tam orta məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib. 

Səfərə getmək üçün 70 nəfər müraciət edib və hər biri bunun üçün 22 manat ödəyib. 

Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng çatmayıb. 
Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər, deyilən tarixində, yəni, bu gün səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO