“TEKNOFEST Azərbaycan” festivalında bu videooyunlar üzrə Avropa Kuboku keçirilir - FOTO

“TEKNOFEST Azərbaycan” festivalında bu videooyunlar üzrə Avropa Kuboku keçirilir - FOTO

Hazırda oxunan: “TEKNOFEST Azərbaycan” festivalında bu videooyunlar üzrə Avropa Kuboku keçirilir - FOTO

76344

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən “Rocket League” yarışı üzrə final mərhələsinə Azərbaycan da daxil olmaqla Avropanın 11 ölkəsini təmsil edən kiber-atletlər vəsiqə qazanıblar.

Bizim.Media xəbər verir ki, “Rocket League” üzrə Azərbaycan, Macarıstan, Lüksemburq, Monako, Niderland, Rumıniya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 33 iştirakçı 11 komandada təmsil olunmaqla mübarizə aparır. “Rocket League” raket maşınları ilə oynanılan futbol oyunudur.

Eyni zamanda, festival çərçivəsində “Tekken7” üzrə də mübarizə aparılır.

Mübarizəyə Azərbaycan, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Şimali Makedoniya, Malta, Monako Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 17 iştirakçı mübarizəyə qoşulub. “Tekken” “Namco” şirkəti tərəfindən ilk dəfə 1994-cü ildə yaradılmış döyüş oyunudur.
Qeyd edək ki, bu videooyunlar üzrə Avropa Kuboku Azərbaycanda ilk dəfə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO