Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, mayın 26-da saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Sabirabad rayon sakini Güləhməd Həsənov yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bizim.Media