Yexlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökdü və...

Yexlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökdü və...

Hazırda oxunan: Yexlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökdü və...

76124

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər də oğurluq əməlinə görə təqsirləndirilən 18 yaşlı Ağca Bayramova və sevgilisi 24 yaşlı İlkin Əliyev müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, araşdırma zamanı məlum olub ki, onlar rayonun Xaldan kəndi ərazisindəki marketin damından içəri daxil olaraq tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. 

Araşdırmalarla onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq miqdarda ziyan vurduqları aşkar olunub.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində adıçəkilən şəxslər barəsində araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO