Bakıdan 4 qızı aparıb xaricdə bu işə vadar etdilər - DETALLAR

Bakıdan 4 qızı aparıb xaricdə bu işə vadar etdilər - DETALLAR

Hazırda oxunan: Bakıdan 4 qızı aparıb xaricdə bu işə vadar etdilər - DETALLAR

75967

37 yaşlı Elnarə Vladimir qızı Məmmədova Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Bizim.Media xəbər verir ki, o, insan alverində təqsirli bilinir.

E. Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (İnsan alveri  qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunub.

Məhkəmənin hökmü ilə Elnarə Məmmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Əldə edilən məlumata görə, E. Məmmədova öz qurbanlarını 2020-ci ilə qədər Türkiyənin Aydın şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan kişilərlə cinsi münasibət qurmağa vadar edib.

Zərərçəkmiş 4 qızın hər biri Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində "Sovxoz" adlanan ərazidə yaşayıblar. Onlar 1983-cü il təvəllüdlü S. Q, 1997-ci il təvəllüdlü J. Ə, 1999-cu il təvəllüdlü M. Ə və 1984-cü il təvəllüdlü G. M-dır. 
Hazırda E. Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Əkbərovun icraatına verilib (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO