Gecə klubunun qarşısında KÜTLƏVİ dava – Xəsarət alanlar hansı universitetin TƏLƏBƏLƏRİDİR?

Hazırda oxunan: Gecə klubunun qarşısında KÜTLƏVİ dava – Xəsarət alanlar hansı universitetin TƏLƏBƏLƏRİDİR?

75722

Bakıda ötən gecə Xaqani küçəsində yerləşən gecə klublarından birinin qarşısında bir qrup tələbə arasında kütləvi dava olduğu barədə məlumat yayılıb.

Türkiyə vətəndaşları 1997-ci il təvəllüdlü Nevzet Ömer Demir, 1998-ci il təvəllüdlü Harun Yusuf Çiftçi, 1997-ci il təvəllüdlü Daner Sadiq Yılmaz1996-cı il təvəllüdlü Gültaş Yahya Sefer sərxoş halda dalaşıblar. Münaqişə nəticəsində tələbələr bir-birlərinə xəsarətlər yetiriblər.

Hadisə iştirakçılarının Bakı Dövlət Universitetinin (BDU) III kurs tələbələri olduğu iddia edilir. Məsələ ilə bağlı BDU-nun mətbuat katibi Kəmalə Namazova Bizim.Media-ya açıqlamasında adları çəkilən şəxslərin BDU tələbələri olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO