5 il əvvəl törədilən ağır qətlin üstü AÇILDI

5 il əvvəl törədilən ağır qətlin üstü AÇILDI

Hazırda oxunan: 5 il əvvəl törədilən ağır qətlin üstü AÇILDI

75306

7 iyul 2017-ci il tarixdə Qubanın Küpçalqışlaq kəndində Qudyalçayın üzərindəki körpünün altında yandırılmış VAZ 2106 markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə dəlillər müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Belə ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Osman Ömərov saxlanılıb.

Onun 6 iyul 2017-ci il tarixdən 7 iyul 2017-ci il tarixə keçən gecə aralarında yaranmış mübahisə zamanı Ülviyyə Məmmədova və Rəhman İşıqova üzərində gəzdirdiyi bıçaqla müxtəlif xəsarətlər yetirdiyi, daha sonra cinayətin izini itirmək üçün sözügedən şəxslərin meyitlərini avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO