İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

Hazırda oxunan: İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

75219

Xəbər verdiyimiz kimi, may ayının 16-da İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşı Mircavad Mircəlal oğlu Musayevi güllələyərək öldürüb. Mayın 18-də onun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. 

Mircavad Musayev bu gün Şabran şəhər qəbristanlığında  dəfn edilib.

Bizim.Media-nın mərhumun yaxınlarından əldə etdiyi məlumata görə, 22 yaşı fevral ayında tamam olan Mircavad ailədəki 3 uşaqdan ikincisidir.
 

MÖVZU İLƏ BAĞLI:

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü


Atası pensiyaçı olan gənc hərbi xidmətdə də olub. Təxminən 5 aydır ki, onun Bakıya, iş dalınca getdiyi bildirilir. 

Qeyd edək ki, hadisə ilə bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi yayıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO