Bərdədə 2 yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Bərdədə 2 yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Hazırda oxunan: Bərdədə 2 yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

75060

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2 yük maşını toqquşub, daha sonra yanacaq doldurma məntəqəsinə çırpılıblar. 

Hadisə Bəhramtəpə-Aran qəsəbəsi yolunun Bərdə rayon ərazisindən keçən hissəsində baş verib. 

Xəsarət alan hər iki yük maşının sürücüsü Bərdə Müalicə və Diaqnostika Mərkəzində müalicə olunurlar. Onların vəziyyəti normaldır.

Qeyd edək ki, sürücülərdən biri İran İslam Respublikasının vətəndaşıdır. 

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO