Bakıda köhnə təkərlər atılan ərazi yanır - VİDEO

Bakıda köhnə təkərlər atılan ərazi yanır - VİDEO

Hazırda oxunan: Bakıda köhnə təkərlər atılan ərazi yanır - VİDEO

75044

Bakının Xətai rayonu, S. Mehmandarov küçəsində açıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

İlkin məlumata görə, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanıb.

***

Bakıda təkər tullantıları olan ərazidə güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub. 

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır.

Oxu.az-ın hadisə yerindən çəkdiyi görüntüləri təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO