Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.
Bizim.Media xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 162-1 maddəsində öz əksini tapıb.
Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:16 / 18.05.2022
Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
Hazırda oxunan: Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
Hazırda oxunan: Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
75030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.