Azad olunmuş bölgələrdə daha 242 mina tapıldı

Azad olunmuş bölgələrdə daha 242 mina tapıldı

Hazırda oxunan: Azad olunmuş bölgələrdə daha 242 mina tapıldı

74595

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Bizim.Media-ya verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Məlumatda həmçinin qeyd olunur ki, 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO