Ukraynadan gəlmiş mingəçevirlilər geri dönür – Bilet satışında ARTIM 

Ukraynadan gəlmiş mingəçevirlilər geri dönür – Bilet satışında ARTIM 

Hazırda oxunan: Ukraynadan gəlmiş mingəçevirlilər geri dönür – Bilet satışında ARTIM 

74333

Ukraynaya evinə və işinə dönmək istəyən mingəçevirlilərin sayında artım müşahidə olunur. 

Bizim.Media-nın məlumatına görə, son günlərdə hava yolları ilə Kiyev istiqamətinə uçuş biletlərinin sayı 60-a çatıb.  

MR Travell-in təmsilçisi Rüfət Mustafayevin verdiyi məlumata görə, Ukraynaya qayıtmaq niyyətində olan şəxslərin sayı çoxalıb:

“Təyyarə biletlərinin qiymətləri xeyli artıb. Hazırda biletlər bahadır. Kiyevə getmək istəyənlər Bakı-İstanbul-Kişinyov-Kiyev marşrutundan istifadə etmək məcburiyyətindədirlər".  

R.Mustafayevin sözlərinə görə, qiymətlər yüksəkdir və vətəndaşlar öncədən sifariş etməsələr, bilet tapmaq çətin olur. "Tbilisiyə biletin qiyməti 150-200 manat civarında dəyişir. Bu marşrutla uçmaq üçün ən az 5-7 gün öncədən bilet bron edilməlidir, əks halda uçmaq mümkün olmur". 
Qeyd edək ki, müşahidələrə əsasən ən çox uçuş Rusiya-Moskva istiqamətində qeydə alınır. Bu istiqamətdə birtərəfli uçuş biletlərinin qiymətləri minimum 550 manatdan başlayır. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO