Selman Arslanbaş: “Şəhid və qazi övladları üçün təqaüdlü təhsil proqramı hazırlamışıq” - VİDEO

Selman Arslanbaş: “Şəhid və qazi övladları üçün təqaüdlü təhsil proqramı hazırlamışıq” - VİDEO

Hazırda oxunan: Selman Arslanbaş: “Şəhid və qazi övladları üçün təqaüdlü təhsil proqramı hazırlamışıq” - VİDEO

74230

Bu gün Bakıda Şimali Kipr Universitetlər Birliyinin sədri, Şimal Kipr Elm Universitetinin təsisçisi Selman Arslanbaş mətbuat konfransı keçirib.

Tədbirdə Şimali Kipr Türk Respublikasındakı ali təhsil, bu ölkə ilə Arərbaycan universitetləri arasında əməkdaşlığın prespektivləri, həmçinin ölkədə təhsil alan tələbələrlə bağlı məsələlər müzakirə olunub.

Selman Arslanbaş Bizim.Media-ya özəl müsahibəsində bildirib ki, Şimali Kipr Elm universitetində azərbaycanlı tələbələr, həmçinin şəhid və qazi ailələrinin övladları təqaüdlə təhsil ala bilərlər:

“Bakıya səfərimin əsas məqsədi Şimali Kipr Türk Respublikasında azərbaycanlı qardaşlarımızın təhsil alması, akademik proqramlarla bağlı görüşlər etmək üçündür.

Həmçinin Azərbaycanın ucalan haqq səsini bütün dünyaya çatdıracaq gənclər yetişdirmək istəyimizi diqqətə çatdırırıq. Şəhid və qazi ailələrinə təqaüdlü təhsil proqramı ilə çıxış edən ilk universitetlərdən biriyik və Kipr Elm Universiteti bütün azərbaycanlı tələbələrin evidir”.
Selman Arslanbaş sonda iki ölkə universitetləri arasında tələbə və akademik işlərlə bağlı mübadilələrin icra olunacağını qeyd edib: 

“Təhsil iki ölkə arasında münasibətlərin inkişaf etməsində böyük rol oynayır. Azərbaycanda təhsil alan Şimali Kipr Türk Respublikasının vətəndaşı olan tələbələr və Şimali Kipr Türk Respublikasında təhsil alan azərbaycanlı tələbələr bu ölkələrin könüllü səfirləridirlər” – deyə birlik sədri qeyd edib.

Səkinə Yusibli, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO