Sürücülərin NƏZƏRİNƏ: Sabah bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Sabah bu prospektdə hərəkət məhdudlaşdırılacaq

74133

Sabah saat 08:00-dan mayın 15-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Agentlik sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO