Manaf Ağayev şəhid anasının arzusunu yerinə yetirdi - VİDEO 

Hazırda oxunan: Manaf Ağayev şəhid anasının arzusunu yerinə yetirdi - VİDEO 

73956

"Oğlum Murad subay idi, o, müğənni Manaf Ağayevin fanatı idi. İstəyirdi ki, toyunda Manaf oxusun. Amma Muradımın arzusu ürəyində qaldı".

Bu sözləri Qusarın Cibir kənd sakini, Vətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyeva özəl olaraq Bizim.Media-ya deyib.

Şəhid anası bildirib ki, Murad şəhid olandan arzusu ürəyində qalmışdı:

“Qusarda şəhid Elvin Qurbanovun mövludu günündə arzumu məclisdə danışdım. Manaf Ağayevi və Elnarə Abdullayevanı görmək istədiyimi dedim. Ülviyyə adlı xanım bunu çəkib sosial şəbəkədə paylaşaraq ictimailəşdirdi. Bu barədə ATV-də aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" səhər verilişinin qonağı Manaf Ağayevə deyib. Manaf söz verib ki, tezliklə bizimlə görüşəcək".

M.Ağayev ötən gün sözünə əməl edib. O, Əməkdar artist E.Abdullayeva ilə birgə Qusarın Cibir kəndinə gələrək şəhid Kəlbiyevin ailəsində qonaq olub. Sonra M.Ağayev və E.Abdullayeva Cibir kənd məzarlığında Vətən Müharibəsi şəhidi M.Kəlbiyevvə daha 3 şəhidin məzarlarını ziyarət ediblər.

M.Ağayev və E.Abdullayeva şəhid Muradın məzarı başında "Ana" muğamını ifa ediblər. 

Qeyd edək ki, M.Kəlbiyev 44 günlük Vətən Müharibəsində oktyabrın 6-da şəhid olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO