Göyçayda yaşayış evi yandı - FOTO

Göyçayda yaşayış evi yandı - FOTO

Hazırda oxunan: Göyçayda yaşayış evi yandı - FOTO

73900

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Ömərli Orxan Elxan oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Evin 105 kvadratmetrlik tavan hissəsi və 35 kvadratmetrlik çardaq hissəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO