Bakıda iki polisi güllələyən şəxs həbsdə öldü

Bakıda iki polisi güllələyən şəxs həbsdə öldü

Hazırda oxunan: Bakıda iki polisi güllələyən şəxs həbsdə öldü

73607

Bakıda həbsxanada məhkum ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Məhkum Gülağa Lətifov cəza çəkdiyi müəssisədə ölüb. İlkin məlumata görə, onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, G. Lətifov tanınmış polis rəisinin müavinini güllələməkdə təqsirli bilinərək həbs edilib.

Məlum hadisə 2014-cü ildə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. G. Lətifov qonşuları Akif Nəzərovu, onun oğlu Asif Nəzərovu, Fərid Qədirovu, və Yusif Paşayevi güllələyib. F. Qədirov hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib.
Güllələnən Akif Nəzərov həmin dövrdə Suraxanı rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini olub. İnsident zamanı xəsarət alan, rəis müavininin oğlu Asif Nəzərov həmin dövrdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində çalışıb (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO