Bakıda jurnalistə bıçaqlı hücum: “Bu barədə yazma” – FOTO 

Bakıda jurnalistə bıçaqlı hücum: “Bu barədə yazma” – FOTO 

Hazırda oxunan: Bakıda jurnalistə bıçaqlı hücum: “Bu barədə yazma” – FOTO 

73380

Bakıda jurnalist həmkarımız Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

Bizim.Media xəbər verir ki, hadisə may ayının 8-i gecə saatlarında paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda baş verib.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.
Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Xatırladaq ki, Aytən Məmmədova son vaxtlar əsasən Tovuzda baş verən "Nərmin cinayəti" ilə bağlı keçirilən məhkəmə proseslərindən yazıb. Bir müddət əvvəl həmin hadisələrlə bağlı evinə zəng edilərək yazmaması barədə xəbərdarlıq edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO