1992-ci il mayın 8-də Şuşada şəhid olan Milli Qəhrəmanımızın xatirəsi anıldı

1992-ci il mayın 8-də Şuşada şəhid olan Milli Qəhrəmanımızın xatirəsi anıldı

Hazırda oxunan: 1992-ci il mayın 8-də Şuşada şəhid olan Milli Qəhrəmanımızın xatirəsi anıldı

73353

Veteran Tankçılar İctimai Birliyi və Dağ yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan yəhudi əsilli tank komandiri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günü ilə əlaqədar xatirə tədbiri keçirilib.

İctimai Birlikdən Bizim.Media-ya  bildiriblər ki, şəhidin xatirə tədbirində onun döyüş yoldaşlarının, ailə üzvlərinin, yaxın qohumlarının, Dağ yəhudiləri dini icmasının nümayəndələrinin və başqa qonaqların iştirakı ilə Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Milli Qəhrəmanın xatirə tədbirindən sonra Dağ yəhudiləri dini icması sinaqoqda ehsan süfrəsi təşkil edib.

Çıxışçılar bildiriblər ki, bu cür anım mərasimlərinin keçirilməsində əsas məqsəd ölkəmizdə multikulturalizmin, tolerantlığın qorunması, gənclərimizdə hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın şanlı döyüş yollarını gələcək nəsillərə çatdırmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO