May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən onu təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.
DİN regional mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müraciət ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gedib.
Həmin qadın ilə A.Cabbarovun mübahisəsinin davam etdirklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışmışıb.
Lakin A.Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib.
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Arzu Cabbarov dərhal əməliyyat edilsədə əməliyyatdan az sonra vəfat edib.
Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:47 / 08.05.2022
DİN-dən Şəmkirdə ölən şəxslə bağlı MƏLUMAT
Hazırda oxunan: DİN-dən Şəmkirdə ölən şəxslə bağlı MƏLUMAT
Hazırda oxunan: DİN-dən Şəmkirdə ölən şəxslə bağlı MƏLUMAT
73300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.