SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirildi

SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirildi

Hazırda oxunan: SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirildi

73036

May ayının 6-sı axşam saatlarından 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 ms, arabir 25-30 açıq dənizdə arabir 33 ms, qədər güclənəcəyi gözlənilir. 

SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. 

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib.

Həmçinin, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO