Sumqayıtda avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanıldı - VİDEO

Sumqayıtda avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanıldı - VİDEO

Hazırda oxunan: Sumqayıtda avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanıldı - VİDEO

72751

Sumqayıt şəhərində avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərdə 7 nömrəli marşurut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma başlanılıb. Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO