“Müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır” - DEPUTAT

“Müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır” - DEPUTAT

Hazırda oxunan: “Müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır” - DEPUTAT

72289

“Ramazan paylaşmaq, başqalarına əl tutmaq və imkansızlara yardım etmək ayıdır. Hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibdir”.

Bizim Media xəbər verir ki, bu sözləri deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda xeyli sayda müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır:

“Dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərisində yaşayır. Hər beş müsəlmandan birinin gündəlik gəliri bir dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Dünya əhalisinin 25 faizini təşkil edən müsəlman ölkələrində dünyadakı hər iki yoxsul şəxsdən biri yaşayır.

Göründüyü kimi, yoxsulluq və bir sıra hallarda aclıq xeyli sayda müsəlman ölkələri üçün ən ciddi problemlərdən biridir. Müqəddəs Ramazan ayında olduğu kimi, digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddini azalda bilərlər.

Təbii ki, müqəddəs kitabların hamısı dinindən asılı olmayaraq, hər bir şəxsin ehtiyacı olanlara dəstək olmasını buyurur.

Bayramöncəsi ehtiyacı olanlara dəstək olacaq Fitrə zəkatınızı Allah qəbul etsin.

Allah oruc və dualarınızı qəbul etsin”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO