Arvadını öldürən hakimin cəzası 3 il azaldıldı

Arvadını öldürən hakimin cəzası 3 il azaldıldı

Hazırda oxunan: Arvadını öldürən hakimin cəzası 3 il azaldıldı

72074

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovuncəzası azaldılıb. 

Bizim.Media-nın məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. 

Belə ki, onun 10 il müddətinə azadlıqdan mərhumetmə cəzası 7 ilə endirilib. 

Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. 

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı P.Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

F.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 10 il müddətinə azadlıqdan mərhum edilib. Hökmdən narazı qalan sabiq hakim apellyasiya şikayət verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO