Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas olunub.
Həmçinin, 16.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda kanalda aşkar olunaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:57 / 28.04.2022
Ötən sutka 33 yanğın olub, 7 nəfər xilas edilib
Hazırda oxunan: Ötən sutka 33 yanğın olub, 7 nəfər xilas edilib
Hazırda oxunan: Ötən sutka 33 yanğın olub, 7 nəfər xilas edilib
71830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.