Bizim adlarla doğulan düşmən - Faktlar

Bizim adlarla doğulan düşmən - Faktlar

Hazırda oxunan: Bizim adlarla doğulan düşmən - Faktlar

7170

Qədim Albaniyamızın əksər rəhbərinin adı Ermənistanda doğulan uşaqlara verilir.

Bizim.Media olaraq Azərbaycan tarixinə aid şəxslərin erməni kimi təqdim olunması, yaxud qədim dövlətlərimizin hökmdarlarının özümüzdə yox, ermənilərdə yaşadılmasını və ermənilərin istifadə etdiyi türk adlarını araşdırdıq.

Əlbəttə tariximizə laqeydlik geniş mövzudur. Bu dəfə Alban əlifbamızı, musiqi, rəqs, tarix, torpaqlarımızı mənimsəyənlərin oğurluq adlarına nəzər salaq. İnternetdə rus dilində erməni adları yazıb, özünüz də vikipediyada ətraflı baxa bilərsiniz. Heyif ki, hələ də çox şeyi rus dilində axtarırıq. Həmin linkdə əvvəlcə qadın adlarına baxanda "Azatui" ismini görmək olar. Mənası "azad" deməkdir. Yəni azad, sərbəst sözümüzə "ui" artırıb, özəlləşdiriblər. Olsun lap "Aza"! Mannamızın ikinci hökmdarı! Biz istifadə etmirik, ermənilər oğurlayır, özününkiləşdirirlər. Tribunalarda "erməni saxtakarlıqları" ifadəsi yetərli deyil, cənablar!

Bütün bunları beynəlxalq müstəvidə yaymaq lazımdır! Azquş erməni qadınına verilən addır. Mürəkkəb söz olsa belə, "az" da, "quş" da bizim sözdür. Ermənilərin bu ada verə biləcəkləri digər məna "Azərbaycanda yaşayan quş" ola bilər. 2 əsrdən çoxdur ki, torpaqlarımızda yaşayırlar da, nə yalan deyim.

Alvan(Əlvan), Zmruxt(Zümrüd), Zulal(Zülal), Esmine(Yasəmən), Elinar(Elnar), Lali, Lala(Lalə), Xosrovanuş, Xosrovaduxt(Xosrovun qızı), Xosrovui, Xosrovuxi(Xosrov kişi adının qız versiyası), Aykun(Aygün), Ayxatun, Xmail(Həmayıl), Eriknaz qadın erməni adı da bizim sözdür. Ərik və naz sözlərindən düzəlib və heç onların özlərində tərcüməsi yoxdur.

Nazeli, Nubar(Nübar), Salbi(Səlbi), Sanam(Sənəm), Seda(Səda), Semizar(Simuzər) və ardı uzundur deyə, keçək erməni "kişi" adlarına! Ağacan, Ağamir, Ağası, Azad, Ayvaz(Eyvaz), Araz, Arzuman, Zöhrab, Emil, Xosrov, Qambar(Qəmbər), Madat(Mədət), Mail, Mais, Melik(Malik), Nşan(Nişan), Şaiq, Şamo, Şarabxan(Şərabxan), Şaxvalad(Şahvələd), Şahsuvar, Djivan(Cavan). Cavanın tərcüməsi onlarda da gənc göstərilir, yəni oğurladıqları sözə başqa tərcümə fikirləşə bilməyiblər.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO