Gəncədə TRAGİKOMİK HADİSƏ: İçkili sürücü maşınını saxladığı yeri unutdu

Gəncədə TRAGİKOMİK HADİSƏ: İçkili sürücü maşınını saxladığı yeri unutdu

Hazırda oxunan: Gəncədə TRAGİKOMİK HADİSƏ: İçkili sürücü maşınını saxladığı yeri unutdu

71461

Gəncə şəhər sakini S.Məmmədov Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək ona məxsus "QAZ-31" markalı avtomobilin oğurlandığı barədə məlumat verib. 

Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımova istinadən məlumat verir ki, müraciətdən dərhal sonra rolis əməkdaşları qeyd olunan avtomobilin axtarışını həyata keçirib, qaçırıldığı ehtimal olunan "QAZ-31" markalı maşını şəhər ərazisində müəyyən edib. 

Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə maşını harada saxladığını unudub. 

O, maşının qaçırldığını zənn edərək polisə müraciət edib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO